İçeriğe geçmek için "Enter"a basın

İzmirde qatar qezası: yaralananlar var

04-04-2015


04.04.2015 / 00:18 xeber –

İzmir-Dənizli marşrutu ilə hərəkət edən sərnişin qatarı İzmirin Pancar qəsəbəsi  yaxınlığında relsdən çıxıb, vaqonlardan biri aşıb. APA-nın  “Cumhuriyet”e istinadən verdiyi xəbərə görə, qəza nəticəsində bir neçə sərnişin xəsarət alıb.  

 

Hadisə yerinə həkim briqadaları, polis və xilasedicilər cəlb olunub. “Anadolu”nun məlumatına görə, sərnişinlərin mənzil başına çatdırılması üçün yerli hakimiyyət qurumları tərəfindən avtobuslar ayrılıb.   

 

Qəzanın səbəbləri məlum deyil. Araşdırma aparılır. 

Mənbə : Lent.az

İzmirde qatar qezası: yaralananlar var