İçeriğe geçmek için "Enter"a basın

Şirvanda avtokran aşdı

04-04-2015


04.04.2015 / 01:30 xeber –

Şirvanda avtokran yoldan çıxaraq aşıb. APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, hadisə ötən gün saat 21.30 radələrində Şirvan-Salyan avtomagistralının Şirvan ərazisindən keçən hissəsində baş verib. Sürücüsü məlum olmayan 18 AC 973 dövlət nömrə nişanlı “KAMaz” markalı “İvanovets” avtokranı idarəetməni itirərək yoldan çıxıb və arxası üstə aşıb. Hadisə şahidlərinin bildirdiyinə görə, avtoqəza zamanı sürücü xəsarət almayıb.  Sürücü hadisə yerini tərk edib. Onun kimliyini   müəyyən etmək mümkün olmayıb. Qeyd edilir ki, avtokran Şirvan elektrik şəbəkəsinə məxsus olub və qeyri iş saatı qəzaya uğrayıb.

 

Faktla bağlı Şirvan polis şöbəsində araşdırma aparılır.

Mənbə : Lent.az

Şirvanda avtokran aşdı