İçeriğe geçmek için "Enter"a basın

“Bakı”da boykot: Komanda meşqe çıxmadı

04-04-2015


04.04.2015 / 02:57 xeber –

“Bakı”nın futbolçuları məşqə çıxmaqdan imtina edib. Apasport.az saytı Futbolinfo.az-a istinadən xəbər verir ki, yanvarın maaşını ala bilməyən oyunçulara əməkhaqqının veriləcəyi vəd olunsa da, onlar bu dəfə də aldadılıb.

 

Məlumata görə, komanda üzvləri yaranmış vəziyyətdən cana doyublar. Belə ki, “Bakı”nın futbolçuları məhz bu gün maaşı almaq üçün soyunub-geyinmə otağında gözləməli olublar. Lakin pul verəcək şəxs yenə də onları ümidsiz buraxıb.

 

Nəticədə bakılılar məşqə çıxmaqdan imtina edib və evə yollanıblar. Vəziyyət düzəlməyəcəyi halda, boykotun davam edəcəyi bildirilir.

Qeyd edək ki, "Bakı" aprelin 5-də Topaz Premyer Liqasının XXVIII turunda evdə "Qarabağ"la qarşılaşacaq.

Mənbə : Lent.az

“Bakı”da boykot: Komanda meşqe çıxmadı