İçeriğe geçmek için "Enter"a basın

Heyder Əliyev prospekti bağlandı

04-04-2015


04.04.2015 / 04:26 xeber –

Sürücülər prospektin köməkçi yollarından istifadə edə bilərlər

Bu gecədən Bakının Heydər Əliyev prospekti nəqliyyatın hərəkəti üçün bağlanıb. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən APA-ya verilən məlumata görə, Avropa Oyunları ilə əlaqədar nəzərdə tutulan marşrut üzrə yol şəbəkəsinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən işlər davam etdirilir və artıq bir sıra tikinti-yenidənqurma işləri yekunlaşıb. Nəzərdə tutulan təmir və abadlıq işləri ilə bağlı aprelin 4-nə keçən gecə Heydər Əliyev prospektinin Böyük Şor qovşağından Heydər Əliyev Mərkəzinin qarşısına qədər olan əsas hissəsi nəqliyyatın hərəkəti üçün tam bağlanıb.

 

Prospektin bağlanmasında əsas məqsəd İlk Avropa Oyunlarına hazırlıq dövründə təmir və abadlıq işlərini aparmaqdır. Həmin vaxtlarda sürücülər prospektin köməkçi yollarından istifadə edə bilərlər.

 

“Azəryolservis” ASC təmir işlərinin nə vaxt başa çatacağını və nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyətin neçə gün davam edəcəyini açıqlamayıb.

Mənbə : Lent.az

Heyder Əliyev prospekti bağlandı