İçeriğe geçmek için "Enter"a basın

ABŞ herbi gemisi Qara denize daxil oldu

04-04-2015


04.04.2015 / 06:33 xeber –

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus  “Jason Dunham” hərbi  gəmisi Qara dəniz akvatoriyasına daxil olub. APA-nın verdiyi xəbərə görə, bu barədə “TASS”a Rusiya Hərbi Dəniz Qüvvələrinin Baş Qərargahından bildirilib.  

 

“ABŞ-ın “Jason Dunham” hərbi  gəmisi Bosfor boğazından keçərək Qara dənizə daxil olub”, deyə mənbə agentliyə bildirib.   

 

ABŞ Hərbi Dəniz Qüvvələrinin 6-cı donanmasının yaydığı məlumatda bildirilib ki, “Jason Dunham” hərbi  gəmisinin Qara dənizə daxil olması ABŞ-ın təhlükəsizlik və döyüş hazırlığının təmin olunması məsələsində müttəfiqləri ilə əməkdaşlığa sadiqliyini nümayiş etdirir, həmçinin bölgədəki NATO-ya üzv olan müttəfiq ölkələrdə sülhün və sabitliyin möhkəmləndirilməsi məqsədi ilə həyata keçirilib.   

 

Məlumata görə, gəmi idarə olunan raketlərlə təchiz edilib.  

Mənbə : Lent.az

ABŞ herbi gemisi Qara denize daxil oldu