İçeriğe geçmek için "Enter"a basın

Sabunçuda "bomj"lar medeniyyet klubunu yandırdılar

04-04-2015


04.04.2015 / 06:57 xeber –

Bakının Sabunçu qəsəbəsində əvvəllər mədəniyyət klubu kimi fəaliyyət göstərən binada yanğın başlayıb. APA-nın məlumatına görə, əraziyə 5 yanğınsöndürmə və təcili tibbi yardım briqadaları cəlb olunub. Hazırda yanğının söndürülməsi  istiqamətində iş aparılır.

 

Qeyd edək ki, 2 mərtəbəli klub hazırda fəaliyyət göstərmir. İlkin məlumata görə, müəyyən yaşayış yeri olmayan şəxslər binanın birinci mərtəbəsində gecələyir. Onların qızınmaq məqsədilə binada qaladığı ocaq yanğına səbəb olduğu ehtimal olunur.  

Mənbə : Lent.az

Sabunçuda "bomj"lar medeniyyet klubunu yandırdılar