İçeriğe geçmek için "Enter"a basın

İngilterede cütlük lotereyada iki defe 1 milyon sterlinq uddu

04-04-2015


04.04.2015 / 07:42 xeber –

İngiltərədə yaşayan David və Katlen Long cütlüyü 20 ay ərzində iki dəfə lotereya qazanaraq tarixə düşüb. Lent.az-ın musavat.com-a istinadən verdiyi xəbərə görə, mütəxəssislər 2013-cü ildə “Euro Millions” adlı lotereya oyunundan 1 milyon sterlinq qazanan cütlüyün 20 ay sonra eyni uduşu udmasının 283 milyardda bir ehtimal olduğunu deyiblər. Lotereyanı təşkil edən Camelot şirkətinin təmsilçiləri cütlüyün ikinci uduşu 27 martda qazandığını təsdiqləyiblər. Həkimlərə görə, belə qeyri-adi hadisələrin insanlarda ürək problemlərinin yaranmasına səbəb olur. David Long lotereyanı udduğu zaman təəccüblənmədiyini, belə bir şey olacağını əvvəldən hiss etdiyini deyib. 12 ildir nişanlı olan cütlük ilk dəfə pul udduqları zaman evlənib və özlərinə maşın alıblar.

Mənbə : Lent.az

İngilterede cütlük lotereyada iki defe 1 milyon sterlinq uddu