İçeriğe geçmek için "Enter"a basın

Timoşenko: “Naftoqaz” şirketi leğv edilsin

04-04-2015


04.04.2015 / 11:12 xeber –

Batkivşina” fraksiyasının lideri, Ukraynanın sabiq baş naziri Yuliya Timoşenko “Naftoqaz” şirkətini ləğv etməyə çağırıb. APA-nın məlumatına görə, “Şuster LİVE” verilişinin qonağı olan Y. Timoşenko bildirib ki, “Naftoqaz” korrupsiyanın çiçəkləndiyi yerdir.

 

O qeyd edib ki, Ukraynada qaz hasilatının maya dəyəri 23,5 dollar (1000 kubmetr) təşkil edir. “Əgər mənə müvafiq sənədlərə baxmaq imkanı yaradılsa, sizə sübut edərəm ki, qiymət 23,5 dollardan da aşağıdır. Orada həmişə qiymətlər yüksək olur. Bütün korrupsiyalaşmış siyasi çevrə məhz bu pulla yaşayır”, – deyə o vurğulayıb. 

Mənbə : Lent.az

Timoşenko: “Naftoqaz” şirketi leğv edilsin