İçeriğe geçmek için "Enter"a basın

İsa Qember Vurğun Əyyubu Müsavatdan qovdurdu

04-04-2015


04.04.2015 / 12:15 xeber –

 

 

Bu gün Müsavat Məclisinin toplantısında Vurğun Əyyubun Məclis üzvlüyündən çıxarılması məsələsi qaldırılıb.

 

Müsavat Məclisinin sədri Nüşabə Sadıqlı bildirib ki, Vurğun Əyyub mətbuata açıqlamasında özünü Məclis üzvü hesab etmədiyini və toplantılarına qatılmayacağını bəyan edib.

 

O, V. Əyyubun Məclis üzvlüyündən çıxarılmasını səsverməyə qoymağı təklif edib.

 

Müsavat başqanının müavini Elman Fəttah isə qeyd edib ki, V. Əyyubun Məclis üzvlüyündən çıxarılması səs verməyə qoyulmalı deyil, çünki bu, artıq istefadır və Məclis üzvləri tərəfindən təsdiq olunmalıdır.

 

Qadınlar Birliyinin sədri Ellada Məmmədli isə V. Əyyubun Məclis üzvlüyündən çıxarılması ilə razılaşmayaraq, qeyd edib ki, mətbuatdakı açıqlamalar əsas götürülməməlidir.

 

Məsələnin müzakirəsi zamanı müxtəlif təkliflər səslənib. Bəziləri V. Əyyubun Məclis üzvlüyündən çıxarılmasının əleyhinə çıxıb, bəziləri isə bu təklifi dəstəkləyərək, səsverməyə qoyulmasını istəyib.

 

Məsələ ilə bağlı mövqeyini bildirən sabiq başqan İsa Qəmbər isə qeyd edib ki, V. Əyyubun məsələsi çox uzanır: “Heç bir səsverməyə ehtiyac görmürəm. Vurğun Əyyub bizim köhnə dostumuzdur və ona qarşı belə hörmətsizliyi qəbul etmirəm. Ancaq Vurğun Əyyub öz qərarını verib ki, özünü Məclis üzvü hesab etmir. Mən təklif edirəm ki, bu məsələ səsverməyə qoyulmasın. Çünki özünü Məclis üzvü hesab etməyən şəxsin adı üzvlük siyahısından çıxarılmalıdır, heç bir səsverməyə ehtiyac da görmürəm”.

 

Təklif nəzərə alınaraq, V. Əyyubun adı Məclis üzvlüyündən çıxarılıb.

Mənbə : Lent.az

İsa Qember Vurğun Əyyubu Müsavatdan qovdurdu