İçeriğe geçmek için "Enter"a basın

Resmi Bakıdan Rusiyaya TƏŞƏKKÜR

04-04-2015


04.04.2015 / 13:16 xeber –

Səfirlik Yəməndə olan bütün Azərbaycan vətəndaşlar ilə əlaqələndirməni davam etdirir

“Azərbaycanın bir qrup vətəndaşı Rusiya Federasiyası tərəfindən təmin edilmiş təyyarə vasitəsilə Yəməndən təxliyə edilib və bu dəstəyə görə Rusiya Federasiyasına təşəkkürümüzü ifadə edirik”.

 

Lent.az-ın məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib. Mətbuat katibi onu da bildirib ki, bu məsələdə Rusiyanın Yəməndəki diplomatik nümayəndəliyinin əməkdaşları və Rusiya Fövqəladə Hallar Nazirliyinin şəxsi heyətinin rolunu xüsusi rolu: “Növbəti qrup Azərbaycan vətəndaşlarının da Yəməndən təxliyəsi üçün Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyi Rusiya tərəfi ilə əlaqələndirməni davam etdirir. Texniki məsələlər və uçuş icazələri hazır olan kimi Türkiyə də ayrılacaq təyyarə vasitəsilə Azərbaycan vətəndaşlarının təxliyəsinə köməklik göstərməyə hazırlığını bildirmişdi. Buna görə Türkiyəyə də öz təşəkkürümüzü bildirmək istərdik. Ümumiyyətlə, Yəməndə 20-yə yaxın Azərbaycan vətəndaşı vardır. Onların əksəriyyəti birgə nikahda olan şəxslərdir. 7 nəfər Azərbaycan vətəndaşı Yəməndə də akkreditasiya olunmuş Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanındakı səfirliyində konsulluq qeydiyyatından keçib”.

 

Xarici İşlər Nazirliyinin sözçüsü onu da vurğulayıb ki, XİN-in təlimatı əsasında Səudiyyə Ərəbistanındakı Səfirlik Yəməndə olan bütün Azərbaycan vətəndaşlar ilə əlaqələndirməni davam etdirir. “Yəməndəki hadisələr ilə əlaqədar 2015-ci ilin fevral ayından etibarən Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanındakı səfirliyinin internet səhifəsində qaynar xətt fəaliyyət göstərir”.

 

Mənbə : Lent.az

Resmi Bakıdan Rusiyaya TƏŞƏKKÜR