İçeriğe geçmek için "Enter"a basın

Naxçıvanda OSA 1T zenit-raketlerinden real sınaq atışları edilib

04-04-2015


04.04.2015 / 13:46 xeber –

Naxçıvanın hava məkanı etibarlı müdafiə olunur. Müdafiə Nazirliyindən Lent.az-a bildiriblər ki, Əlahiddə Ümumqoşun Ordusunun hissə və bölmələri tərəfindən Naxçıvan Muxtar Respublikasının hava məkanının etibarlı qorunması işinin daim təkmilləşdirilməsi məqsədilə uğurlu tədbirlər həyata keçirilir.

 

Əlahiddə Ümumqoşun Ordusunun Hava Hücumundan Müdafiə hissə və bölmələrinin döyüş atışlı taktiki təlimlərinin keçirilməsinə hazırlıq məqsədilə təlim mərkəzində OSA 1T zenit-raket komplekslərindən real sınaq atışları icra olunub.

Atışlarda Naxçıvan Muxtar Respublikasının coğrafi relyefinə uyğun yüksəklikdə, çətin dağlıq şəraitdə aşağı hündürlükdə uçan hədəflərin aşkar olunaraq məhv edilməsi tapşırıqları yerinə yetirilib.

Atış zamanı qarşıya qoyulan əsas məqsədə nail olunaraq hədəflər məhv edilib.

Mənbə : Lent.az

Naxçıvanda OSA 1T zenit-raketlerinden real sınaq atışları edilib