İçeriğe geçmek için "Enter"a basın

Türkiyede "Azerbaycan multikulturalizmi” mövzusunda teqdimatlar keçirilib

04-04-2015


04.04.2015 / 15:51 xeber –

“Azərbaycan multikulturalizmi” Səlcuq Universitetində Dizayn fakültəsi və Ədəbiyyat fakültəsinin tələbə və müəllim heyəti üçün “Azərbaycan multikulturalizmi” mövzusunda təqdimatlar keçirilib. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Mərkəzin Analitika şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru Nəriman Qasımzadə tədbir iştirakçılarına multikulturalizm dəyərləri, bunların müasir Azərbaycan cəmiyyətində rolu, tarixi-siyasi, eləcə də milli-mədəni qaynaqları haqqında geniş məlumat verib.

 

N. Qasımzadə bu tədbirlərdə Azərbaycan hökümətinin multikultural siyasəti, Azərbaycanın multikulturalizm modelinin nümunəverici potensialı ve xüsusiyyətlərinə diqqət çəkərək konkret faktlarla dünyadakı multikulturalizm modelləri ilə müqayisəli təhlillər aparıb və dinləyicilərdə maraq doğuran məsələlərə aydınlıq gətirib. Azərbaycan multikulturalizminə həsr olunan bu təqdimatlar Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin xaricdə keçirdiyi layihələr çərçivəsində baş tutub.

Mənbə : Lent.az

Türkiyede "Azerbaycan multikulturalizmi” mövzusunda teqdimatlar keçirilib