İçeriğe geçmek için "Enter"a basın

İlin 2-ci Ay tutulması başlayıb

04-04-2015


04.04.2015 / 15:59 xeber –

 

 

2015-ci ilin ilk Ay tutulması başlayıb. APA-nın xəbərinə görə, ilk Ay tutulması zamanı Ay Yerin kölgəsinə şimal hissədən girəcək.

 

Saat 15:17-də başlayan tutulma 17:02-də maksimum olacaq, 18:45-də isə başa çatacaq. 3 saat 28 dəqiqə ərzində davam edəcək bu təbiət hadisəsini Asiya, Avstraliya Sakit okean və Amerikadan müşahidə etmək mümkün olacaq. Ay tutulması hadisəsi Azərbaycandan müşahidə edilməyəcək.

 

Qeyd edək ki, tünd qırmızı tonlar hava">hava mühiti amili olan Releyin yayılması nəticəsində yaranır, həmçinin qürubun qırmızımtıl rənginə səbəb olur. Tutulma zamanı Ayın boyandığı tünd qırmızı rəngə görə bəzən onu “qanlı” adlandırırlar.

 

Bu il iki dəfə Günəş, iki dəfə Ay tutulması baş verəcək. İlk Günəş tutulması martın 20-də qeydə alınıb. Növbəti Günəş tutulması sentyabrın 13-nə, ilk Ay tutulması aprelin 4-nə, növbəti Ay tutulması isə sentyabrın 28-nə təsadüf edəcək. 

Mənbə : Lent.az

İlin 2-ci Ay tutulması başlayıb