İçeriğe geçmek için "Enter"a basın

18 derece isti, duman – Sabahın havası

05-04-2015


05.04.2015 / 13:34 xeber –

Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq, duman olacaq. Havanın temperaturu gecə 4-6 dərəcə, gündüz 9-14 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-9 dərəcə, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə, bəzi yerlərdə 12 dərəcə isti olacaq.

 

Mənbə : Lent.az

18 derece isti, duman – Sabahın havası