İçeriğe geçmek için "Enter"a basın

"Bakı" "Qarabağ"a, AZAL "Qebele"ye, "Neftçi" "Simurq"a qarşı

05-04-2015


05.04.2015 / 14:24 xeber –

Bu gün Topaz Premyer Liqasında XXVIII turun oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, turun 3 görüşü paytaxtda baş tutacaq.

 

Lider “Qarabağ” bu tur “Bakı”nın qonağı olacaq. Turnir cədvəlinin birincisi ilə sonuncusunun qarşılaşmasında kimin favorit olduğunu deməyə ehtiyac yoxdu. Hazırda çətin günlərini yaşayan “Bakı” bu görüşdə yalnız əzmkarlıq göstərə bilər. İddiasına və heyətinə görə paytaxt klubundan qat-qat güclü olan “Qarabağ”ın xal itkisi sensasiya sayılar. Düzdü, “Bakı” cari mövsümdə Ağdam klubundan 1 dəfə xal almağı bacarıb. Lakin sonrakı 2 görüşdə “Qarabağ” rəqibini asanlıqla məğlubiyyətə uğradıb.

 

Çempionatın son 4 turunda qələbə qazanan “Qəbələ” bu dəfə AZAL-ın qonağı olacaq. Matç hər iki tərəf üçün böyük önəm kəsb edir. AZAL Avrokuboka vəsiqə qazanmaq iddiasını davam etdirmək istəyirsə, bu görüşdə mütləq qələbə qazanmalıdı. “Qəbələ”nin özünə də 3 xal hava-su kimi lazımdı. Maraqlıdı ki, “qırmızı-qaralar” cari mövsümdə AZAL-ı məğlubiyyətə uğrada bilməyiblər. Keçirilən 3 qarşılaşmanın 2-də AZAL qələbə qazandığı halda, 1 oyun heç-heçə nəticələnib. Bu, “Qəbələ”nin “təyyarəçilər”dən revanş almaq üçün cari mövsümdəki son şansıdı.

 

Turun daha bir maraqla gözlənilən qarşılaşması Zaqatalada keçiriləcək. Ötən tur AZAL üzərində vacib qələbə qazanan “Simurq” bu dəfə “Neftçi” ilə üz-üzə gələcək. “Flaqman” mövsümü ikinci yerdə bitirmək üçün çalışırsa, zaqatalalılar 4-cü pillədə möhkəmlənmək və “Neftçi” ilə aradakı xal fərqini azaltmaq niyyətindədilər. Bu komandalar arasında cari mövsümdə keçirilən oyunlarda bərabərlik hökm sürür. Belə ki, 1 dəfə “Neftçi”, 1 dəfə isə “Simurq” qələbə qazanıb, digər qarşılaşmada isə bərabərlik qeydə alınıb.

 

Keçən tur “Qarabağ”la qolsuz heç-heçə edən “İnter” öz meydanında “Xəzər Lənkəran”ı qəbul edəcək. “Sumqayıt” üzərindəki əzmkar qələbədən sonra cənub klubunda əhval-ruhiyyə yüksək olsa da, komandanın heyətlə bağlı problemləri var. Əsasını gənc oyunçular təşkil edən “Xəzər Lənkəran”da Sadio Tounkara və Alfred Sanko cəzalı duruma düşdükləri üçün “İnter”lə matçı buraxacaqlar. Şübhəsiz, matçın favoriti paytaxt klubudu. “İnter” nəfəsini hiss etdiyi “Neftçi”nin onu adlamasına imkan verməmək üçün mütləq qələbə qazanmalıdı.

 

Qeyd edək ki, XXVIII turda “Sumqayıt” istirahət edir.

 

Topaz Premyer Liqası

XXVIII tur

5 aprel (bazar)

17:00. “Bakı” – “Qarabağ”

İlk 3 dövrədəki oyunlar: 2:2, 2:4, 1:4
Hakimlər: Fariz Yusifov, Vüsal Qənbərov, İsgəndər Əliyev, Etibar Həsənov

“Bakı” FK-nın təlim-məşq bazasının stadionu

 

17:00. AZAL – “Qəbələ”

İlk 3 dövrədəki oyunlar: 2:1, 3:3, 1:0
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Munis Abdullayev

Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ramil Əhmədov

AZAL Arena

17:00. “Simurq” – “Neftçi”

İlk 3 dövrədəki oyunlar: 1:2, 1:0, 0:0

Hakimlər: İnqilab Məmmədov, Nahid Əliyev, Elşən Acalov, Mehman Mahmudov   

Əlavə köməkçi hakimlər:  Elvin Əsgərov, Ramil Diniyev

Zaqatala şəhər stadionu

 

18:00. “İnter” – “Xəzər Lənkəran”

İlk 3 dövrədəki oyunlar: 0:1, 3:1, 2:1
Hakimlər: Ömər Paşayev, Azər Əsgərov, Kamran Bayramov, Xəlil Xəlilov

“İnter Arena”

 

1

 Qarabağ

24

16

5

3

39-20

53

2

İnter

24

11

11

2

38-12

44

3

Neftçi

24

12

6

6

29-18

42

4

Simurq

24

10

5

9

35-26

35

5

Qəbələ 

24

9

7

8

30-32

34

6

AZAL 

24

8

7

9

27-31

31

7

Xəzər L 

24

7

5

12

30-36

26

8

Sumqayıt

24

4

7

13

23-36

19

9

Bakı

24

2

5

17

15-55

11

 

Bombardirlər: Draqan Çeran ("Simurq") – 12 qol; Nurlan Novruzov ("Bakı") – 11 qol.

 

 

Mənbə : Lent.az

"Bakı" "Qarabağ"a, AZAL "Qebele"ye, "Neftçi" "Simurq"a qarşı