İçeriğe geçmek için "Enter"a basın

Sana bombalandı

05-04-2015


xeber –

Səüdiyyə Ərəbistanı başda olmaqla koalisiyanın hərbi aviasiyası ötən gecə Yəmən paytaxtı Sana şəhərinə havadan yenidən bomba zərbəsi endirib.
Sana şəhərini ələ keçirmiş husi üsyançılarına qarşı hərbi əməliyyat 11 gündür ki davam edir.

Rusiya və Qırmızı Xaçın şəhərə dava-dərman və humanitar yardımın çatdırılmasına şərait yaratmaq üçün hərbi əməliyyatlara fasilə vermək çağırışlarına baxmayaraq, Səüdiyyə Ərəbistanı hava reydlərini davam etdirmişdi.

Fasilənin elan edilməsi şəhərdən mülki əhalinin bir hissəsinin evakuasiya olunmasına da imkan vermiş olardı.
Sana sakinlərinin verdiyi xəbərlərə görə ötən gecə partlayışlar üsyançı husilərə loyallıq nümayiş etdirmiş ordu hissələrinin hərbi bazaları yaxınlığında da eşidilib.

Hava zərbələri eləcə də Yəmənin Səüdiyyə Ərəbistanla həmsərhəd rayonlarına da endirilib. Ölkənin şərqində yerləşən Mukalla liman şəhərində yerli tayfaların silahlıları ilə hərbçilər arasında toqquşma baş verib. Yerli əhalinin sözlərinə görə, 2 hərbi qulluqçu öldürülüb.

Mənbə : Anspress.com

Sana bombalandı