İçeriğe geçmek için "Enter"a basın

Diri diri bunu etdiler! Qan donduran görüntüler (VİDEO, FOTO)

05-04-2015


xeber –

Dünya xristianları “Müqəddəs Cümə” adlandırılan günü qeyd etdi. ANS PRESS-in məlumatına görə, Filipin və Hindistanda yaşayan xristianlar Həzrəti İsanın çarmıxa çəkilmə çəhnəsini öz üzərlərində sınaqdan keçirdilər.

İsa peyğəmbərin çəkdiyi əzabları hiss etmək, günahlardan təmizlənmək və İsaya təşəkkür etmək üçün könüllü şəkildə özlərini çarmıxa çəkdirdilər. Katolik kilsənin razılığıını alan bu şəxslər Həzrəti İsanın çarmıxa çəkilmə səhnəsini öz bədənləri ilə canlandırdılar.

Onların əl və ayaqlarından çarmıxlara mismarlanmaları tükürpədici görüntülərə səbəb olub. Rəsmi şəkildə təşkil edilən mərasimi minlərlə insan maraq və dəhşət dolu baxışlarla izlədi. Hz. İsanın çəkdiyi əziyyəti hiss etmək, günahlarından təmizlənmək və İsaya təşəkkürlərini təqdim etmək üçün özlərini çarmıxa gərdirdi.

Xristian inancında “Müqəddəs Cümə”nin Həzrəti İsanın çarmıxa çəkildiyi gündür. Filipinlilər və bəzi Cənubi Amerika ölkələrində yaşayan xristian təriqətləri cümə günündə İsa peyğəmbərin (s.ə.s) əziyyətlərinə ortaq olma inancıyla, bədənlərinə əziyyət verən ayinlər yerinə yetirirlər.
Bu gecəyə qədər yas saxlayan xristianlar, gecə yarısı ayinlərində şamlar yandıraraq Hz İsanın dirilərək yenidən göyə yüksəlişini qeyd etməyə başlayacaq.

Mənbə : Anspress.com

Diri diri bunu etdiler! Qan donduran görüntüler (VİDEO, FOTO)