İçeriğe geçmek için "Enter"a basın

Orta mektebde 4 günde iki defe YANĞIN

05-04-2015


05.04.2015 / 18:11 xeber –

 

Balakən rayonunun Şərif kənd tam orta məktəbində dörd gün ərzində ikinci dəfə yanğın olub.

 

Fövqəladə Hallar Nazirliyi (FHN) Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, yanğın aprelin 4-ü gecə saatlarında Təhsil Nazirliyinə məxsus, Balakən rayonunun Şərif kənd tam orta məktəbinin  ümumi sahəsi 495 kv/m olan birmərtəbəli 9 sinif otağından ibarət korpusunda baş verib. 

 

Hadisə yerinə FHN-in Balakən rayon DYMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib.

 

Yanğın nəticəsində məktəbin 495 kv/m-lik korpusunun yanar konstruksiyaları, sinif otaqları və inventarlar yanaraq yararsız hala düşüb. Yanan korpusun yanında olan digər korpus və anbar binası yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

 

Qeyd edək ki, Balakən rayonunun Şərif  kənd tam orta məktəbi ötən əsrin 60-cı illərində inşa edilib, hazırda məktəbdə 376 şagird təhsil alır. Məktəbin 840 kv/m-lik digər korpusunda dörd  gün əvvəl – martın 31-dən aprelin 1-ə keçən gecə də yanğın baş vermiş, yanğın nəticəsində korpusunun yanar konstruksiyaları 125 kv/m (1 sinif otağının, müəllimlər otağının, dəhlizin yanar konstruksiyaları və əşyaları 110 kv/m və 1 sinif otağının tavanı 15 kv/m) sahədə yanmışdı. 

 

Faktla bağlı FHN-in Balakən rayon DYMH-də araşdırma aparılır.

 

Mənbə : Lent.az

Orta mektebde 4 günde iki defe YANĞIN