İçeriğe geçmek için "Enter"a basın

Britaniyalı mektebliler baresinde inanılmaz fakt

05-04-2015


xeber –

Britaniyalı müəllimlərin NASUWT həmkarlar ittifaqının bildirdiyinə əsasən, ölkə məktəblərində müəllimlər getdikcə daha çox sayda şagirdlərin yoxsulluqdan əziyyət çəkdiyinin şahidi olur.

ANS PRESS-in BBC-yə istinadən verdiyi məlumata görə, müəllimlərin qənaətincə, bəzi məktəblilərin ailələri qədim dövrlərə xas olan yoxsulluq şəraitində yaşayır.

Onların sözlərinə görə, şagirdlər bəzən məktəbə ac-yalavac, soyuq havadan qorumayan nimdaş paltarlarda gəlir. Bəzi müəllimlər isə aclıqdan əziyyət çəkən şagirdlərini yedizdirmək üçün bəzən özlərilə məktəbə ərazaq alıb gətirdiklərini də bildirirblər.

Bu faktlar müəllimlərin NASUWT həmkarlar ittifaqının Cardiff şəhərində keçirilən konfransında səsləndirilib.

Bu arada Liberal Demokratlarla koalisiya yaradaraq son 5 il ərzində Britaniyada hakimiyyətdə olan Konservatorlar partiyası bildirib ki, partiyanın hakimiyyətdə olduğu dövr ərzində ölkədə yoxsulluq vəziyyətində yaşayan uşaqların sayı 30 min azalıb.

Mənbə : Anspress.com

Britaniyalı mektebliler baresinde inanılmaz fakt