İçeriğe geçmek için "Enter"a basın

Dövlet Komitesinin selahiyyetinin bir hissesi elinden alındı

05-04-2015


05.04.2015 / 18:33 xeber –

Baş nazir “Dövlət şəhərsalma-memarlıq nəzarətinin həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” qərarı ləğv edib

 

Baş nazir Artur Rasizadə “Dövlət şəhərsalma-memarlıq nəzarətinin həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 2009-cu il 21 may tarixli 84 nömrəli qərarını ləğv edib. Nazirlər Kabinetindən Lent.az-a verilən məlumata görə, qərar “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” ölkə prezidentinin 2014-cü il 24 noyabr tarixli fərmanının icrasını təmin etmək məqsədi ilə verilib. Qərara əsasən, “Dövlət şəhərsalma-memarlıq nəzarətinin həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” NK-nın məlum qərarı (3-cü hissə istisna olmaqla) ləğv edilib.

 

Xatırladaq ki, həmin qərara əsasən, dövlət şəhərsalma-memarlıq nəzarətini Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirirdi.

 

 

Qərarın “Şəhərsalma qanunvericiliyinə riayət olunmasına və şəhərsalma  sənədlərinin həyata  keçirilməsinə  nəzarət” adlı ləğv olunmayan 3-cü hissəsində aşağıdakılar nəzərdə tutulur:

 

Şəhərsalma  qanunvericiliyinə  və şəhərsalma sənədlərinin həyata keçirilməsinə nəzarətin aparılmasında məqsəd şəhərsalma qanunvericiliyinin  pozulması  hallarının qarşısını almaq, şəhərsalma fəaliyyətinin təsdiq edilmiş şəhərsalma sənədlərinə uyğun həyata keçirilməsinə, bu sahədə pozuntuları və çatışmazlıqları vaxtında aşkar etmək, yerli icra hakimiyyətlərinin memarlıq xidmətlərindən  bu pozuntuların və çatışmazlıqların aradan qaldırılması məqsədi ilə tədbirlər görməyi tələb etmək  və ya öz səlahiyyətləri daxilində digər tədbirlər görməkdir. Şəhərsalma qanunvericiliyinə və şəhərsalma sənədlərinin həyata  keçirilməsinə nəzarət yerlərdə 3 ildən gec olmayaraq, araşdırmalar aparmaq vasitəsilə həyata keçirilir. Qanunvericilikdə nəzərdə tutulmuş hallarda Komitə tərəfindən həyata keçirilən araşdırmalara müvafiq dövlət və yerli idarəetmə orqanlarının   nümayəndələri  cəlb  edilir.

Araşdırma  zamanı Komitənin  nümayəndəsi baxılmaq üçün aşağıdakı sənədləri yerli icra hakimiyyətinin və özünüidarəetmə orqanlarının memarlıq xidmətlərindən  tələb edə bilər:

obyektlərin yerləşdirilməsinin şəhərsalma əsaslandırılmasını  (müvafiq şəhərsalma  sənədləri olmadıqda);

torpaqayırma sənədlərini;

inşaat pasportlarını;

layihə sənədlərini.

 

Araşdırma zamanı  aşağıdakılara əməl olunması  müəyyən  edilir:

 

şəhərsalma  fəaliyyətinin  şəhərsalma  qanunvericiliyinə uyğun həyata keçirilməsi;

təsdiq edilmiş şəhərsalma  sənədlərinə əməl  edilməsi;

təsdiq edilmiş şəhərsalma sənədləri olmadıqda  və ya təsdiq edilmiş şəhərsalma sənədlərində dəyişikliklər edilməklə, obyektlərin yerləşdirilməsinin şəhərsalma əsaslandırılmasının mövcud qaydalara uyğun həyata keçirilməsi.

Araşdırma zamanı inzibati  hüquq  pozuntusuna  yol  verilməsi  aşkar edildiyi hallarda qanunda  nəzərdə tutulmuş qaydada  inzibati  xəta  haqqında  protokol tərtib olunur və müvafiq qərar qəbul edilir. Mövcud şəhərsalma norma və qaydalarının tələblərinin, həmçinin şəhərsalma ilə bağlı qanunvericiliyin pozulması halları aşkar edildikdə, icrası məcburi olan  tapşırıq verilir.

 

Mənbə : Lent.az

Dövlet Komitesinin selahiyyetinin bir hissesi elinden alındı