İçeriğe geçmek için "Enter"a basın

Belediyyelerle bağlı mühüm qerar: komissiyalar yaradııldı

05-04-2015


05.04.2015 / 18:54 xeber –

 

Baş nazir Artur Rasizadə “Bələdiyyələrin birləşməsi ilə bağlı mülkiyyət, maliyyə və başqa məsələlərin həlli məqsədi ilə komissiyaların yaradılması haqqında” qərar verib. Nazirlər Kabinetindən Lent.az-a verilən məlumata görə, “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” qanunun tətbiqi barədə” ölkə prezidentinin sərəncamına əsasən, bələdiyyələrin birləşməsi ilə bağlı mülkiyyət, maliyyə və başqa məsələlərin həlli üçün Ədliyyə Nazirliyinin (komissiyanın sədri), Maliyyə Nazirliyinin, Əmlak Məsələləri Dövlət Komitəsinin yerli nümayəndələri, müvafiq yerli icra hakimiyyəti orqanının və bələdiyyənin (o cümlədən, birləşən və ləğv edilən bələdiyyələrin) hər birindən bir nümayəndə daxil edilməklə, müvafiq komissiyalar yaradılır. 

 

Komissiyaların fərdi tərkibinin təsdiq edilməsi üçün Maliyyə Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və rayon icra hakimiyyəti orqanları, habelə birləşən bələdiyyələr 5 gün müddətində öz nümayəndələri barədə təkliflərini Ədliyyə Nazirliyinə təqdim etməlidirlər.

 

 

Mənbə : Lent.az

Bir yorum

  1. Gulustan 26/05/2015

    Salam.Size yazib bildiririk ki,Mehemmedi kend yeni yasayis massivinde 30-a yaxin bina uzluk ucun tehlikeli sayilan material ile uzlenmis veziyyetdedir.Belediyyemiz bu barede hec bir tedbir gormur.Sizden bu meseleye baxmaginizi xais edirik.

Yorumlar kapatıldı.

Belediyyelerle bağlı mühüm qerar: komissiyalar yaradııldı