İçeriğe geçmek için "Enter"a basın

Roma Papası razılaşmanı alqışladı

05-04-2015


xeber –

Roma Papası Fransisk İranla “altılıq” ölkələrinin arasında əldə olunan razılaşmanı alqışlayıb.

ANS PRESS-in məlumatına görə, Pasxa bayramı ilə bağlı çıxışında Roma Papası İranın mübahisəli nüvə proqramının dinc məqsədlərə yönəlməsi müqabilində sanksiyaların dayandırılmasını nəzərdə tutan sazişin dünyada sülhə və əmin-amanlığa töhfə verəcəyini bildirib.

Roma Papası Keniyada tələbə yataqxanasına hücumu və Liviyadakı zorakılıqları da pisləyib.

Qeyd edək ki, aprelin 2-də İsveçrənin Lozanna şəhərində İranın nüvə proqramı üzrə “altılıq” ölkələri ilə aparılan danışıqlarda razılıq əldə olunub.

Mənbə : Anspress.com

Roma Papası razılaşmanı alqışladı