İçeriğe geçmek için "Enter"a basın

Metbuat Şurası mitinqde monitorinq aparıb

05-04-2015


xeber –

Azərbaycan Mətbuat Şurasının Daxili İşlər Nazirliyi ilə birgə yaratdığı monitorinq qrupu bu gün müxalifətin «İnşaatçılar» metrostansiyasının yaxınlığındakı «Məhsul» stadionunda keçirdiyi mitinqdə jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələri ilə bağlı monitorinq aparıb.

Mətbuat Şurasının mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, aksiyada bununla bağlı hər hansı problem qeydə alınmayıb. Kütləvi informasiya vasitələrinin təmsilçilərindən qrupun üzvlərinə hansı müraciət edilməyib.

Azərbaycan Mətbuat Şurasının monitorinq qrupunun üzvləri mitinqi işlıqlandıran jurnalistlərin əsasən üzərində «PRESS» yazılmış xüsusi gödəkçələrdə olduqlarını qeydə alıb. Bununla belə mövcud peşə tələbinə əməl etməyən jurnalistlər də olub.

Mənbə : Anspress.com

Metbuat Şurası mitinqde monitorinq aparıb