İçeriğe geçmek için "Enter"a basın

Nüve razılaşması bize ne ve edir? – Video

05-04-2015


xeber –

Nəhayət tarixi mühasirə yarıldı. Lozannada Tehran və “altılıq” ölkələri İranın nüvə proqramının dayandırılmasının əvəzində sanksiyaların aradan qaldırılması ilə bağlı çərçivə sazişinə nail oldular. Əsas sazişin tam mətni iyunun 30-dək hazır olmalıdır. Beləliklə, bununla da ABŞ və Avropa Birliyi İranın nüvə fəaliyyətinə cavab olaraq tətbiq edilmiş sanksiyaları aradan qaldırmağı öz öhdələrinə götürdülər. Danışıqların təfərrüatları üzərində dayanmayacaq, sadəcə olaraq hadisənin əhəmiyyəti və həm də bizim üçün əhəmiyyəti barədə danışacam.

Bu Azərbaycan üçün də böyük hadisədir. Təkcə ona görə yox ki, İran böyük qonşumuzdur, böyük dövlətdir, sıxışdırılma və beynəlxalq izolyasiya nəticəsində məruz qaldığı təsiri müəyyən mənada biz də hiss edirdik və ya bu İranın malik ola biləcəyi inkişafdan qonşu və qardaş dövlət olaraq bizə də pay düşmüşdü. Təkcə bütün bunlara görə yox. Həm də ona görə ki, yeni şəraitdə həm də Azərbaycanın gələcəyi üçün müqəddəratı əhəmiyyət kəsb edən TANAP-ın rolu ağlasığmaz dərəcədə böyüyür. İndi TANAP – Türkmənistan və İran üçün də son dərəcə maraqlı və əlverişli layihə olacaq. Çünki ortada Avropanın işinə yaraya biləcək və faktiki olaraq Rusiya qazına rəqib ola biləcək İran qazı da var.

“İran üzərindən məlum sanksiyalar götürüləndən sonra TANAP-ın əhəmiyyəti daha da artacaq. Çünki təbii qazı dünya bazaranı çıxara biləcək TANAP-a alternativ yoxdur. İran da qaz istehsalı ilə məşğul olur. Gələcəkdə İran da TANAP-a maraq göstərə bilər” – deyə ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev bildirib.

İranla bağlı Qərbin atdığı bu addıma bədbin yanaşanlar da var. Belə ekspertlərin əsas arqumenti odur ki, indi yeni bir enerji ocağanın- nəhəng İranın əli-qolu tam açılacaq və nəticədə neftin qiyməti aşağı düşəcək. Düzdür bu da, hətta digər çətiniklər də mümkündür. Amma bu çətinliklər müvəqqəti xarakter daşıyacaq. Amma bir az uzağı görsək, perspektivə boylansaq görərik ki, məsələ bir ölkənin, bir dövlətin narahatlıq miqyasından daha böyük və daha əhəmiyyətlidir.

Lozanna razılaşması bütün dünyada vəziyyəti tam dəyişir, yeni geopolitik mənzərə yaranır. Təsəvvür edək ki, bu boyda nəhəng 30 ilə yaxın idi ki, qəfəsdə saxlanırdı. İndi o azad olacaq. Ekspertlər arasında hətta bundan sonra “Türk axını” proyektinin də perspektvini şübhə altına alanlar tapılır. Doğrudur, biz bu ehtimalları qəbul etməyə tələsmirik, amma bununla yanaşı belə düşünənlərin rəyini də tam əsassız saymırıq. Avropa üçün yeni nəhəng qaz mənbəyi yaranır. Yəni embarqo aradan qalxarsa, Avropa qazı İrandan da ala bilər. Əgər bu mümkün olarsa, Azərbaycanın regional əhəmiyyəti yeni səviyyəyə qalxacaq, onda artıq bizim perspektivlərimiz qabaracaq. Təsəvvür edin, hələ bir həftə əvvəl Avropa Türkmən qazını Transxəzərlə necə daşımaq üzərində baş sındırırdısa, son 7 günün içində vəziyyət elə dəyişdi ki, söhbət artıq daha real və əldə olunması daha asan başa gələ biləcək İran qazından, onun tranzitindən gedə bilər.

Bəzi ekspertlən fikrincə, ABŞ buna ona görə getdi ki, qlobal miqyasda iki enerji nəhəngini – Rusiya və İranı, eyni zamanda təcriddə saxlamaq, necə deyərlər iki cəbhədə mübarizə aparmaq çox çətindir. Digər tərəfdən o da aydın oldu ki, mübarizədə bu üsul ən səmərəlisi deyil. İranı 30 il demək olar ki, qlobal mühasirə vəziyyətində saxladılar. Əvəzində nə oldu. İran çökdü? Yox. İradəsindən döndü, yox. Qərbi, Birləşmiş Ştatları sevdi, yenə də yox. Barak Obama da onu təslimçi sülh sazişi bağlamaqda günahlandıranlara elə buna görə deyir ki, cənablar, ağalar, İran elə nüvə istiqamətində apardığı siyasətdə uğurlara, uranı bu qədər zənginləşdirməyə və ya bu qədər uranı zənginləşdirməyə elə həmin 30 blokada ilində nail olub. Obama bu müddətdə heç nəyin Birləşmiş Ştatların xeyrinə dəyişmədiyini, sadəcə olaraq bu dəyişməməyə göz yumduqlarını etiraf edir. Hə, blokada olub, hə İran çətinliklər çəkib. Amma bu o demək deyil ki, bu dövlət əlini-qolunu yanına salıb və heç nə etməyib. Lozanna sazişi isə daha effektli perspektiv vəd edir. Bundan sonra İranın nüvəyə doğru cəhdlərinə və çalışmalarına nəzarət etmək daha real, MAQATE üçün şəffaf İran mövcud olacaq.

İran İslam Respublikası ilə bu saziş həm də Yəməndəki son və ağır döyüşlərdən sonra imzalandı. Yəmən məsələsinin həllində İranın pozitiv rolundan bundan sonra istifadə etmək daha asan olacaq. Bu sanksiyaların aradan qaldırılmasından baxanda bəlkə də Yəmən son döyüş ərəfəsində Berlin hədəfləyir kimi bir mahiyyət daşıyacaq. Bu məsələ də nikbinlik verir ki, Yəmən problemi də öz yoluna düşəcək. Nə yaxşı ki, belə alındı…

Mənbə : Anspress.com

Nüve razılaşması bize ne ve edir? – Video