İçeriğe geçmek için "Enter"a basın

NABUKKO-da dirile biler – Video

05-04-2015


xeber –

Danışıqlar uğursuz bitsəydi, dəhşətli hadisələr baş verə bilərmiş… Heç demə Birləşmiş Ştatlar İranla təkcə görüşə yox, həm də döyüşə hazırlaşırmış. Düzdür, bu hadisənin və ya faktın100 faiz fakt və ya hadisə olduğunu demək məsuliyyətinin altına girmirəm. Amma nüfuzlu “Wall Street Journal”ın yazdığına görə, Amerika hərbi obyektləri Lozanna danışıqlarının uğursuz bitəcəyi təqdirdə İran ərazisində, hətta ən etibarlı şəkildə möhkəmləndirilmiş nüvə obyektini məhv etməyə qadir olan silahı sınaqdan keçiriblər… Özü də məhz danışıqlarla eyni vaxtda. Təsadüfdürsə, çox qəribə təsadüfdü…

Bəzi analitiklər deyirlər ki, Birləşmiş Ştatların İrana münasibətinin müsbətə doğru dəyişməsi Azərbaycana sərf etmir. Guya “Bağda ərik var idi, salam-əleyk var idi”. ABŞ bizə diqqəti daha çox özünün Anti-İran siyasətinə görə ayırırmış. İndi isə çəkimiz əhəmiyyətli dərəcədə azalacaq. Məncə bu sadəcə boş söhbətdir. Tərəflər əməkdaşlıqla qarşıdurmayla nisbətdə daha çox udacaqlar. Düzdür, neftin qiyməti doğrudan da düşə bilər və artıq düşməkdədir. Ola bilər ki, son hadisələrdən sonra Azərbaycan doğrudan da hansısa taktiki qayğılarla üzləşsin. Amma strateji nəzər-nöqtəsindən baxsaq, görərik ki, yaxın qonşumuzun üzərindən sanksiyaların götürülməsi regionun ancaq inkişafına kömək də bilər. Mən burada prezident İlham Əliyevin Bolqarıstana tarixi səfərini məmnuniyyətlə xatırlatmaq istəyirəm. Doğrudan da tarixi səfər idi. İndi onun əhəmiyyəti daha qabarıq görünür. Hətta NABUKKO-da dirilə bilər. Təbii ki, bütün müsbət dəyişikliklər bir gündə baş verməyəcək. Əlbəttə, bu hələ çərçivə sazişidir və əsas sənədin iyun ayının 30-da imzalancağı gözlənilir. Ancaq böyük uğurdur ki, tərəflər artıq razılaşıblar.TANAP-ın perspektvinin İran hadisəsindən sonra xüsusi qabarması belə baxanda ABŞ-a heç sərf də eləmir. Çünki, böyük məmnuniyyətlə Avropaya o öz slans qazını satmaq istərdi. Burada isə vəziyyət onun ziyanına dəyişir. Amma faktlar klassikin sözü olmasın, yaman tərs şeydir, onun qarşısında qalanda hamı razılaşmağa məcburdur. Yeni şəraitlə, yəni İran qazının dünyaya çıxması ehtimalı reallaşarsa, İran və Azərbaycan arasında da infrastuktur yaranmalıdır. Nəhayət ki, uzun illər dalana dirənən Qəzvin-Astara yolu inşa edilə, bununla da Şimal-Cənub dəhlizi işə düşə bilər. Artıq Azərbaycanın başqa bir hədəfi də var. Öz nüfuzundan istifadə edərək ona nail olsun ki, tranzit Azərbaycandan keçsin. Düzdür, indi körfəzdən yol var, Türkiyədən də bir qaz kəməri var, ondan istifadə etmək olar, amma mövcud potensial daşıyıcılıq üçün bu o qədər də böyük deyil. Şimala çıxış yalnız bizdədir. Azərbaycanın bu mürəkkəb oyundan qazanmış tərəf tək çıxması isə doğrudan da qürurverici bir məsələdir. Azərbaycan TANAP layihəsi ilə nə qədər uzaqgörən olduğunu nümayiş etdirə bildi.

“Qürur hissi ilə deyə bilərəm ki, TANAP layihəsinin təşəbbüskarı da Azərbaycan olmuşdur. Ən böyük maliyyə yükünü də biz öz üzərimizə götürmüşük. Biz bu məsuliyyətə hazırıq. TANAP layihəsi qısa müddət ərzində geniş beynəlxalq dəstək qazana bilmişdir. Və əminəm ki, bu layihəni də bütün başqa layihələr kimi Azərbaycan şərəflə yerinə yetirəcəkdir” – deyə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyd edib.

İndi bir anlığa təsəvvür edək ki, TANAP barədə bu gün danışmağa başlayaq. Sadə obıvatelin heç ağlına da gəlməzdi ki, bu sanksiyalar nə vaxtsa ləğv olunacaq… Amma Azərbaycan prezidenti bizim bilmədiyimiz mürəkkəblikləri belə nəzərə alaraq bu layihəyə start verdi, sözündən dönmədi. İlk baxışda qeyri-mümkün kimi görünəni real etdi. Doğrudan da bir yandan qlobal böhran, neftin qiyməti düşür. Amma Azərbaycan sübut etdi ki, o hər bir vəziyyətdən dövləti maraqlar üçün istifadə etməyi bacarır. Azərbaycan yeganə dövlət idi ki, bütün risklərə, hətta özünün maraqları üçün mövcud olan təhlükələrə, təzyiqlərə baxmayaraq İranla sağlam münasibətlərini qorudu və biz bu qonşuluqdan üzüağ çıxdıq. Aramızı da vurmaq istədilər, təhrik etdilər ki, Anti-İran addımlar ataq, hətta bəzən İranın özü tərəfdən də anlaşılmazlıqlar gözə çarpdı. Amma Azərbaycan ondan gözlənilən ehtiyatsızlığa və ya səhvə yol vermədi, sonadək bu qonşuluğa və qardaşlığa sadiq qaldı. Çünki, bu ölkə dostu və düşməni bir dəfə müəyyən edir … hər dəfə yox.

Mənbə : Anspress.com

NABUKKO-da dirile biler – Video