İçeriğe geçmek için "Enter"a basın

Azerbaycan prezidenti nazirle neftin qiymeti ile bağlı fikir mübadilesi apardı

05-04-2015


05.04.2015 / 23:27 xeber –

Bu gün Ər-Riyadda Azərbaycan Prezidenti İlham Əliyevlə Səudiyyə Ərəbistanı Krallığının neft və minerallar naziri Əli Əl Naiminin görüşü olub.

 

APA-nın xəbərinə görə, görüşdə ikitərəfli əməkdaşlığın yüksək səviyyədə olduğu vurğulanıb, Azərbaycan prezidentinin Səudiyyə Ərəbistanı Krallığına səfərinin bu əlaqələrin daha da genişləndirilməsinə mühüm töhfə verəcəyi qeyd edilib.

 

Görüşdə, həmçinin, dünya bazarında neftin qiyməti ilə bağlı fikir mübadiləsi aparılıb. Səudiyyə Ərəbistanı şirkətlərinin Azərbaycanda fəaliyyəti üçün yaxşı imkanların olduğu qeyd edilib. Həmin şirkətlərin ölkəmizdə həm kontraktor, həm də investor kimi fəaliyyəti üçün əlverişli mühitin olduğu vurğulanıb, müxtəlif məsələlərə dair texniki təcrübə və məlumat mübadiləsinin həyata keçirilməsi, eləcə də “Cənub” qaz dəhlizi layihəsi ilə bağlı müzakirələr aparılıb.

 

 

Mənbə : Lent.az

Azerbaycan prezidenti nazirle neftin qiymeti ile bağlı fikir mübadilesi apardı