İçeriğe geçmek için "Enter"a basın

Ermeni xisleti deyişmeyecek – Video

06-04-2015


xeber –

Və nəhayət uzun müddət nurçularla mübarizə aparan dövlət başçısının qarşısına belə bir qaranlıq çıxmalı idi… Hər qaranlıqda nur axtaran tapılır. Ona görə də bəzən işıq gələn yerə getmək istəyi yalnız cırtdanlara məxsus olmur. Maraqlı burasıdır ki, həm terror aktı, həm də işıqların sönməsi tək olduqca müəmalı məsələ məhz martın 31-də baş verdi. Azərbaycanlıların soyqırımının qeyd olunduğu bir vaxtda. Türkiyə də həmin qurbanların ruhu ilə dolu idi.

Ermənilər öz taktika və strategiyalarını heç vaxt dəyişmir. Həmişə onlar özgə ölkələrin və millətlərin hesabına öz ərazilərini genişlərdirməyə çalışıblar və buna da nail olublar. Özü də çox vaxt onların torpaq yağmaladığı ölkə biz olmuşuq. Bir az tarixə ekskursiya eliyək.

Ötən əsrin əvvəllərində Batumda keçirilən iclasda Azərbaycan ermənilərə böyük bir ərazi verir. Əvəzində ermənilər öz əlləri ilə yazıb imza atırlar ki, biz Qarabağın Dağlıq hissəsinə heç vaxt iddia etməyəcəyik… Ancaq verdikləri sözə tez bir zamanda xilaf çıxırlar. Oxşar hadisə 90-cı illərdə də baş verib. Bu artıq bizim iştirak etdiyimiz tarixin bir parçasıdır. Elə bunun Levon Ter-Petrosyan danışıqlar aparırdı, ermənilər bu zaman Şuşanı aparırdı. Ter-Petrosyan deyirdi ki, bu bizlik deyil, Dağlıq Qarabağda bizə tabe olmayan qüvvələr var, saqqallılar var onlarla danışın.

Petrosyanın bir, Koçaryanın ayrı bəyanatının verildiyi vaxta aid əlimizdə maraqlı bir video yazı da var ki, ona baxmağınızı istərdim. Çox qısadı. Burda Levon da gülür, Robert də. Levon müsahibə alırmış kimi mikrofonu Koçaryana uzadır və ondan soruşur haralısan? Robert də cavab verir ki, gülə-gülə cavab verir ki, albanam.

Mənbə : Anspress.com

Ermeni xisleti deyişmeyecek – Video