İçeriğe geçmek için "Enter"a basın

Bu uşağın yuxuları çin olur – Video

06-04-2015


xeber –

Təsəvvür edin elə bir uşaq var ki, onun yuxuları oyanana kimi real həyatda əks olunur.

ANS PRESS-in məlumatına görə, ABŞ-ın çəkdiyi “mən oyanmazdan əvvəl” bədii filmində söhbət məhz belə bir yetim uşaqdan gedir.

Onu övladlığa götürən valideynlər gecələrini gözəl kəpənəklərlə, hətta ölmüş uşaqlarının yanında keçirir. Lakin hər şey yaxşı olardı əgər uşaq yalnız yaxşı yuxular görsəydi.

Onun kabusundakı əcinələr real həyata gəldikdə isə məsələ cızığından çıxır. Valideynlərin gecəsi ölümlə mübarizəyə çevrilir.

Dəhşət, triller janrında filmin rejissoru Mayk Flenenqandır.

Rolarda Skotti Tompson, Tomas Ceyn, Keyt Bosvort, Annabet Qiş, Deş Mayok, Ceyn Karns, Kayla Diver və başqaları yer alıb.

Qeyd edək ki, film bu ilin may ayinda vizyona girəcək.

Mənbə : Anspress.com

Bu uşağın yuxuları çin olur – Video