İçeriğe geçmek için "Enter"a basın

“Mercedes” qadını vurub

06-04-2015


17.11.2008 / 11:58 xeber –

Bakının Suraxanı rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Bakı Şəhər Baş Polis İdarəsindən Lent.az-a daxil olan məlumata görə, Hövsan qəsəbə sakini 1984-cü il təvəllüdlü Ceyhun Vaqif oğlu Adışirinovun idarə etdiyi “Mercedes” markalı 10-UL-503 dövlət nömrə nişanlı maşın Şirvani küçəsində yaşayan 1952-ci il təvəllüdlü Tahirə Əşrəf qızı Əliyevanı vurub.

Nəticədə T. Əliyeva hadisə yerində ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Şəhriyar ƏLİZADƏ

Mənbə : Lent.az

“Mercedes” qadını vurub