İçeriğe geçmek için "Enter"a basın

Türk deputat Rusiyanın terefini tutdu

06-04-2015


xeber –

Almaniya Bundestaqının milliyyətcə türk millət vəkili Sevim Dağdelen “Rusiyaya təcavüzünə görə” NATO-ya qarşı kütləvi etiraz aksiyalarına çağırıb.

ANS PRESS-in məlumatına görə, solçu millət vəkili bunu gündəlik “Junge Welt” qəzetində yazdığı məqalədə qeyd edib.

Almaniyalı siyasətçi yazır ki, NATO münaqişələrin dinc yolla həllinə mane olur. O əlavə edir ki, NATO-nun apardığı təbliğat “sülhsevər qüvvələrin” səfərbərliyə alınmasını əngəlləyir.

Dağdelenin fikrincə, məhz buna görə də NATO-nun Rusiyanın sərhədlərinə yaxınlaşması geniş kütlələrin etirazına səbəb olmur.

O deyir ki, belə bir hərəkatı yaratmaq üçün isə şücaət lazımdır.

Millət vəkilinin etiraza çağırışına neçə nəfərin qoşulacağı isə məlum deyil.

Mənbə : Anspress.com

Türk deputat Rusiyanın terefini tutdu