İçeriğe geçmek için "Enter"a basın

Husi qiyamçılar Əden şeherini ele keçirir

06-04-2015


xeber –

Yəməndəki husi qiyamçılar Səudiyyə Ərəbistanın onlara qarşı hava zərbələrinə baxmayaraq ölkənin “ikinci paytaxtı” – cənubdakı Ədən şəhərini ələ keçirməkdə davam edirlər.

ANS PRESS-in məlumatına görə, hazırda qiyamçılarla prezident Abdrabbuh Mansur Hadiyə sadiq qüvvələr arasında qızğın döyüşlər gedir.

Səudiyyənin başçılıq etdiyi ərəb koalisiyası Qırmızı Xaçın Yəmənə humanitar yardım gətirməsinə imkan yaradacağını vəd edib. Ötən şənbə Qırtmızı Xaç Ədəndə 24 saatlıq atəşkəsə çağırış etmişdi.

Husilər bildirirlər ki, onların tələbi prezident Hadi hökumətinin rəsmi istefasıdır. Qiyamçıları “Ərəb baharı” zamanı devrilən, keçmiş prezident Ali Abdullah Salehin tərəfdarları dəstəkləyirlər.

Qeyd edək ki, martın 26-dan bəri Yəməndəki zorakılıqlarda 185 nəfər həlak olub.

Mənbə : Anspress.com

Husi qiyamçılar Əden şeherini ele keçirir