İçeriğe geçmek için "Enter"a basın

Ərdoğana göre Ruhaniye tezyiq

06-04-2015


xeber –

İran parlamentinin 65 millət vəkili ölkə prezidenti Həsən Ruhaniyə məktub yazaraq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana kəskin şəkildə xəbərdarlıq etməyi tələb edib.

ANS PRESS-in “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, məktubda həmçinin İrandan rəsmən üzr istəməsi üçün Ərdoğana təzyiq göstərmək də tələb olunub.

Qeyd edək ki, Ərdoğanın Yəməndə baş verən hadisələr zəminində İrana qarşı səsləndirdiyi bəyanat iki ölkə arasında gərginliyə səbəb olmuşdu. Belə ki, Türkiyə prezidenti, İran və terrorçular Yəməndən çıxmalıdır demiş və baş verən hadisələrə müdaxilə edən ərəb koalisiyasına dəstəyini ifadə etmişdi.

Sabah Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İrana rəsmi səfərə gedəcək. Ərdoğanın iranlı həmkarı Həsən Ruhani ilə yanaşı Ali dini lider Ayətullah Əli Xamneyi ilə görüşü də nəzərdə tutulub.

Mənbə : Anspress.com

Ərdoğana göre Ruhaniye tezyiq