İçeriğe geçmek için "Enter"a basın

“Fenerbaxça”nın teklifi redd edildi

06-04-2015


xeber –

Türkiyə rəhbərliyi iki gün öncə “Fənərbaxça” futbol klubunun avtobusuna edilən hücumla əlaqədar Türkiyə superliqasının dayandırılmasına ehtiyac olmadığını bildirib.

ANS PRESS-in məlumatına görə, “Fənərbaxça” klubu təhlükəsizlik məsələləri ilə əlaqədar çempionatın dayandırılmasını üçün Türkiyə Futbol Federasiyasına müraciət edib.

Avtobusa atəş açaraq sürücünü yaralayan şəxs hazırda axtarışdadır.

Türkiyənin daxili işlər naziri Səbahattin Öztürk cinayəti törədəninin mütləq tapılacağını bildirib. Nazir vəziyyətlə əlqədar matçların təxirə salınmasını da adekvat qərar hesab etməyib. “Bu, (Türkiyə Futbol Federasiyası) federasiyanın məşğul ola biləcəyi bir məsələdir. Düşünürəm ki, Türkiyədə təhlükəsizlik baxımdan matçların təxirə salınmasına gərək yoxdur”, – deyə Səbahattin Öztürk bildirib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Fənərbaxça” azarkeşi olduğu üçün hücumla əlaqədar aparılan istintaq prosesini yaxından təqib edəcəyini bildirib.

Mənbə : Anspress.com

“Fenerbaxça”nın teklifi redd edildi