İçeriğe geçmek için "Enter"a basın

Terterde mağaza, Qubada avtomobil yandı

06-04-2015


06.04.2015 / 09:38 xeber –

Tərtər rayonunda yanğın hadisəsi olub. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bəyimsarov kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndaşa məxsus həyətyanı sahədə tikilmiş ümumi sahəsi 48 kv.m olan ərzaq satışı mağazasının yanar konustruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 06:15-də söndürülüb.

 

 

Quba rayonunda da yanğın olub. Bağbanlı kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus “Opel” markalı minik avtomobilinin mühərriki və salonu yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Mənbə : Lent.az

Terterde mağaza, Qubada avtomobil yandı