İçeriğe geçmek için "Enter"a basın

Orta mektebi yene yandırdılar

06-04-2015


xeber –

Balakən rayonunun Şərif kəndində Təhsil Nazirliyinə məxsus ümumi sahəsi 495 kv.m olan birmərtəbəli 9 otaqdan ibarət məktəb yenidən yanıb.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə,hadisə bu gecə saat 1 radələrində qeydə alınıb.

Hadisə nəticəsində 9 sinif otağı, müəllimlər və direktor otağı külə dönüb. Məktəbdəki bütün avadanlıqlar da yanaraq məhv olub.

Qeyd edək ki, 4 gün əvvəl də həmin məktəb yanmışdı. O zaman yanğınsöndürənlər yanğını söndürə bilmişdilər. Məktəb tamam yanmaqdan xilas olmuşdu. Ona görə də, məktəbə ikinci gözətçi götürülmüşdü.

Götürülən ikinci gözətçi ANS PRESS-in bölgə müxbirinə bildirib ki, tüstüləmə direktor otağında başlayıb. Otaqda əşyaların quru taxta və tez alışan əşyaların olması səbəbindən alov sürətlə yayılıb. Havanın küləkli olmasilə yanğın daha da şiddətləndirib.

İlkin ehtimala görə, yanğın qəsdən törədilib. Lakin onun kim tərəfindən törədilməsi və nə səbəbdən yandırılması barədə heç bir məlumat verilməyib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə : Anspress.com

Orta mektebi yene yandırdılar