İçeriğe geçmek için "Enter"a basın

“Bəs örgüt deyildiniz?”

15-12-2014

receb tayyib

Rəcəb Tayyib  Ərdoğan bu sualı Fətullah Gülən camaatına soruşdu. Hər zaman getdiyi hər yerdə onlardan hesab soruşacaqlarını

söyləyən Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün də söylədiklərini təkrar  etdi.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 14-də İstanbul polisinin Gülən camaatına qarşı apardığı əməliyyatlara münasibət bildirib.

Türkiyə kütləvi informasiya vasitələrinin verdiyi xəbərə görə Ərdoğan bu barədə yenə kəskin danışıb: “Günlərdir bəzilərinin televiziya ekranlarından, qəzet səhifələrindən hönkürhönkür ağladıqlarını görürsünüz. Onlar deyir ki, filan qədər adam həbs olundu, filan qədər həbs ediləcək. Bəs siz örgüt deyildiniz? Görürsünüz xəbərlər necə yayılır? Siz örgüt olmasanız bunları hardan biləcəksiniz? Bunu bildikləri üçün bəziləri evlərində deyil, qəzet redaksiyasında gözləməyə başladılar. Niyə? Çünki fikirləşdilər ki, onları ordan heç kim götürə bilməz. Bəzi ölkələrin mediya quruluşları da bunların gözyaşlarını məsum gözyaşı kimi xarakterizə etməyin dərdindədirlər”.

Türkiyə prezidenti Avropa Birliyi və ABŞ-ın “paralel yapı” əməliyyatlarına görə rəsmi Ankaranı ittiham etməsini də sərt sözlərlə tənqid etdi. Ərdoğan bildirib ki, onlar  bizim ölkənin daxili işlərinə müdaxilə etməkdənsə, öz ölkələrindəki insan hüquqları ilə bağlı vəziyyəti araşdırsalar, daha yaxşı olar.

Xatırladaq ki,dekabrın 14-də  Gülən camaatına qarşı aparılan “paralel yapı” əməliyyatları çərçivəsində “Zaman” qəzetinin baş redaktoru Əkrəm Dumanlı və “Saman yolu” TV-nin yayın qrupu başqanı Hidayət Karaca  saxlanılıb. Bununla yanaşı, digər jurnalistlər, polis əməkdaşları da saxlanılıb.

İndiyə qədər  göz altına alınanlardan həbs olunan yoxdur. Araşdırmalar  və incələmələr davam edir.

“Bəs örgüt deyildiniz?”