İçeriğe geçmek için "Enter"a basın

Asif Yusifli həbsdən buraxılmadı

31-10-2016

31.10.2016 / 12:44 xeber –

 

AXCP Rəyasət Heyətinin həbsdə olan üzvü Asif Yusiflinin şikayəti əsasında məhkəmə keçirilib.

 

Lent.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə Nizami rayon məhkəməsin qərarı dəyişdirilmədən saxlanılıb.

 

Xatırladaq ki, Cinayət Məcəlləsinə yeni dəyişikliklərdən sonra Asif Yusifli Nizami rayon Məhkəməsinə müraciət edərək cəzasının azaldılması istəyib. Nizami rayon Məhkəməsi onun barəsində olan Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) maddəsini 178.2-ə tövsif etsə də, cəzasını dəyişdirmədən saxlamışdı. Bu qərardan apellyasiya şikayəti verilib.

 

Qeyd edək ki, Asif Yusifli 2014-cü ildə Fəridə Zülfüqarova adlı şəxsin şikayəti əsasında həbs olunub. A.Yusiflinin onun vəsaitini mənimsədiyi iddia olunur. Bakı Ağır Cinayətlər Məhkəməsi Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilən Asif Yusiflini 7 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Bakı Apellyasiya Məhkəməsi həmin hökmü qüvvədə saxlayıb. Daha sonra kassasiya şikayəti verilib. Şikayətdə onun barəsində olan qərarın ləğv edilməsi və bəraət verilməsi istənilib. Ali Məhkəmədə onun cəzası 1 il 6 ay azaldılıb. Ona 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilib.

 

mənbə :
lent.az

Asif Yusifli hebsden buraxılmadı