İçeriğe geçmek için "Enter"a basın

Gəncədə ağır qəza: 2 ölü, 5 yaralı - YENİLƏNİB

31-10-2016

31.10.2016 / 21:54 xeber –

Gəncənin qərb çıxacağında ağır yol nəqliyyat qəzası baş verib.

 

APA-nın qərb bürosunun verdiyi xəbərə görə, ilkin məlumata əsasən,  “VAZ 2106” və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər ölüb, 5 nəfər isə ağır bədən xəsarətləri alıb.

 

Xəsarət alanlar "Mercedes"-də olan Şəmkir rayon Seyfəli kənd sakinləri, 1987-ci il təvəllüdlü Rəşad Namazov, 1992-ci il təvəllüdlü Ricat Qafarov, 1989-cu il təvəllüdlü Pərviz Mahmudov, 1985-ci il təvəllüdlü Vüsal Əhmədov və 1987-ci il təvəllüdlü Nicat Zeynalovdur. Ölənlərin şəxsiyyəti müəyyənləşdirilir.

 

Yaralılar dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.

 

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

mənbə :
lent.az

Gencede ağır qeza: 2 ölü, 5 yaralı – YENİLƏNİB