İçeriğe geçmek için "Enter"a basın

Cüdoçularımız “Böyük Dəbilqə”nin qalibi oldu

31-10-2016

31.10.2016 / 22:42 xeber –

Azərbaycan cüdoçuları Abu-Dabidə keçirilən "Böyük Dəbilqə" beynəlxalq yarışında uğurla çıxış ediblər.

 

Apasport.az xəbər verir ki, milli komandamızın üzvləri Elxan Məmmədov, Rüstəm Orucov, Tural Səfquliyev müvafiq surətdə qızıl, gümüş və bürünc medal qazanıblar.

 

Azərbaycan millisi bu nəticə ilə kişilərin yarışında komanda hesabında 1-ci yeri tutub. Aktivində 1 qızıl və 3 bürünc medal olan Rusiya yığması 2-ci yerdə qərarlaşıb. 1 qızıl və 1 bürünc medal qazanan Serbiya cüdoçuları 3-cü olublar. 

mənbə :
lent.az

Cüdoçularımız “Böyük Debilqe”nin qalibi oldu