İçeriğe geçmek için "Enter"a basın

Türkiyədə PKK-çılarla toqquşma: 3 əsgər öldü, 6 terrorçu məhv edildi

31-10-2016

31.10.2016 / 23:28 xeber –

Türkiyənin Hakkari vilayətinin Yüksəkova qəsəbəsində təhlükəsizlik qüvvələri ilə terrorçular arasında toqquşma olub.

 

APA-nın məlumatına görə, atışma zamanı 3 əsgər şəhid olub, 1 əsgər yaralanıb. Əməliyyat nəticəsində 6 terrorçu məhv edilib.

 

Silahlı toqquşma Dağlıca bölgəsindəki Hisar dağında PKK terror təşkilatına qarşı keçirilən əməliyyat zamanı baş verib.

 

Yaralı əsgər Hakkaridəki xəstəxanaya çatdırılıb.

 

Terrorçulara qarşı havadan da dəstək verilən əməliyyat davam edir.

 

mənbə :
lent.az

Türkiyede PKK-çılarla toqquşma: 3 esger öldü, 6 terrorçu mehv edildi