İçeriğe geçmek için "Enter"a basın

Etirazçılar 2 kilsəyə od vurdular (FOTO)

18-01-2015


18.01.2015 02:05 xeber –

Nigerin paytaxtı Niameydə fransız satirik jurnalı “Charlie Hebdo”nun Məhəmməd peyğəmbəri təhqir edən karikatura dərc etməsi etirazlara səbə olub.

ANS PRESS-in məlumatına görə, jurnalın fəaliyyətinə etiraz edən nigerlilər etirazlarını şəhərin böyük məscidinin qarşısından başlaayraq iki kilsəni yandırıblar.

Polislə etirazçılar arasında qarşıdurma yaşanıb. Etiraz çıxışları zamanı güc qüvvələri gözyaşardıcı qazdan istifadə etməli olub.

Ötən gün isə ölkənin ikinci böyük şəhəri Zinderdəki etirazlarda 4 nəfər öldürülmüşüdü.

Fransa səfirliyi Nigerdəki fransız vətəndaşlara evlərindən çıxmamaları barədə xəbərdarlıq edib.

Qeyd edək ki, son baş verənlərdən istifadə edən “Charlie Hebdo” 3 milyon tirajla nəşr olunub.

Etirazçılar 2 kilsəyə od vurdular (FOTO)