İçeriğe geçmek için "Enter"a basın

“Əsgərin şücaəti” göstəriləcək (FOTO)

18-01-2015


18.01.2015 02:58 xeber –

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan “Əsgərin şücaəti” tammetrajlı bədii filmin istehsalı davam etdirilir.

ANS PRESS-in məlumatına görə, filmin ilk səhnələrinin çəkilişləri Belarusun Brest, Minsk şəhərlərində, Vileyka qəsəbəsində və Gəncədə aparılıb.

Film İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 70 illiyinə həsr olunub. Cari il mayın 9-da tamaşaçılara təqdim edilməsi planlaşdırılan ekran əsərində İkinci Dünya müharibəsi ilə Qarabağ müharibəsi arasında paralellərin aparılması da nəzərdə tutulub.

Hazırda filmin qış səhnələrinin çəkilişlərinə hazırlıq işləri aparıldığı bildirilir

Filmin rejissoru Elxan Cəfərov, ssenari müəllifləri Yavər Rzayev və Yuri Vorobyov, quruluşçu operatoru Nadir Mehdiyevdir.

Baş rolları əməkdar artist Şamil Süleymanov, Pantomim Teatrının aktyoru Bəhruz Vaqifoğlu və digərləri ifa edir.

Ekran əsərində azərbaycanlı aktyorlarla yanaşı, Almaniya və Rusiyanın tanınmış aktyorları da rol alıb.

“Əsgərin şücaəti” göstəriləcək (FOTO)