İçeriğe geçmek için "Enter"a basın

Azərbaycanla Belarus arasında bir sıra sənədlər imzalanıb

28-11-2016

[r32]

28.11.2016 / 20:19 xeber –

Azərbaycan və Belarus arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafına dair sənədlər paketi imzalanıb.

 

APA-nın BELTA-ya istinadən verdiyi məlumata görə, müvafiq sənədlər Bakıda Azərbaycan prezidenti İlham Əliyev və Belarus prezidenti Aleksandr Lukaşenko arasında keçirilən danışıqlarından sonra imzalanıb.

 

Tərəflər Belarus və Azərbaycan arasında 2025-ci ilədək sosial-iqtisadi əməkdaşlıq proqramının həyata keçirilməsi üzrə tədbirlər planını, kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişafı üçün hərtərəfli əməkdaşlıq proqramını, eləcə digər bir sıra sənədləri imzalayıblar.

mənbə :
lent.az

Azerbaycanla Belarus arasında bir sıra senedler imzalanıb