İçeriğe geçmek için "Enter"a basın

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 28 Noyabr

28-11-2016

[r32]

28.11.2016 / 20:22 xeber –

YORUM…

 

 

Əgər OPEK ölkələri hasilatın məhdudlaşdırılması məsələsində razılığa gələ bilməsələr, bu halda neftin qiyməti 40 dollardan da aşağı enəcək. Müzakirələrin uğurla nəticələnməsi "qara qızılın" qiymətini 50 dollar civarında sabitləşdirəcək. Bunun əksi baş verərsə, o zaman neft 40 dollardan da aşağı qiymətə satılacaq.

 

 

 

Bu arada Səudiyyə Ərəbistanının neft naziri Xalid əl-Fəlih jurnalistlərə açıqlamasında hətta OPEK üzvləri arasında razılaşma olmasa belə neft bazarındakı balansın yalnız növbəti ildən etibarən bərpa olunacağını bildirib. O, eyni zamanda hasilat səviyyəsinin hazırkı dərəcədə saxlanılmalı olduğunu deyib. Yeri gəlmişkən, ekspertlər hər şeyə rəğmən OPEK-in növbəti görüşünün nikbin notlarda yekunlaşacağına ümid edir. Əks halda, onlar təşkilatın öz etibarını tamamən itirəcəyini proqnozlaşdırır.

 

 

 

Xatırladaq ki, sentyabr ayındakı qeyri-formal görüşdə kartel üzvləri hasilatın sutkada 32-33 milyon barel həcmində məhdudlaşdırılmasını razılaşdırsa da, ölkələr üçün ayrı-ayrılıqda müəyyən edilməli olan limitlə bağlı nəticə əldə olunmayıb. Yekun razılaşmanın OPEK üzvü ölkələrin 30 noyabr tarixində Vyanada keçiriləcək növbəti görüşündə əldə olunacağı gözlənilir…

 

mənbə :
lent.az

Sevinc Vaqifqızı ile "Ana xeber" bloku – 28 Noyabr