İçeriğe geçmek için "Enter"a basın

Millət vəkili “Biz Şaumyanınmı irsini davam etdiririk?” – Millət vəkili

29-11-2016

mustafa
Millət vəkili Fazil Mustafa parlamentin plenar iclasında çıxışı zamanı rusdilli media ilə bağlı kəskin narazılığını bildirib.

“Azadlıq.az” xəbər verir ki, o, ilk öncə “MİR” telekompaniyası ilə bağlı iradlarını səsləndirib: “MİR” telekanalı Azərbaycanda da yayımlanır, amma bir dəfə də olsun onun efirində bizim ağrılı problemlərimizdən danışılmır. Baxmayaraq ki, kanalı biz maliyyələşdiririk. Bir dəfə olsun ki, orada Qarabağ, Xocalı ilə bağlı süjetlərin getdiyini görmürük. Belə olan halda, onun yayımlanmasına nə ehtiyac var?

Eyni zamanda “Bakinski raboçi” qəzeti illərdir Azərabaycanda çap olunur. Hansı ki onun tarixi Çar Rusiyasının dövrünə gedib çıxır. Qəzetin bizimlə heç bir bağlılığı olmayıb. Təsəvvür edin ki, onun iki redaktoru erməni olub. Onlardan biri də xalqımızın qatı düşməni olan Şaumyan olub. İndi biz xalqımızın qatı düşməni olan Şaumyanınmı irsini davam etdiririk? Bu qəzetə dövlət büdcəsindən pul ayrılır. Ona bu qədər pul ayrılmasına nə ehtiyac var?”.

Millət vəkili “Biz Şaumyanınmı irsini davam etdiririk?” – Millət vəkili