İçeriğe geçmek için "Enter"a basın

Üzeyirin mahnısı üstündə dava böyüyür

29-11-2016

uzeyir
Türkiyədə “Erco” musiqi şirkətinin rəhbəri Erkan Çelik, azərbaycanlı ifaçı Üzeyir Mehdizadə və Sinan Özen arasında qalmaqal böyüməyə başlayıb.

“Azadlıq.az” xəbər verir ki, mahnı oğurluğunda günahlandırılan S. Özen “Duymayan kalmasın” verilişinə qonaq olaraq məsələyə aydınlıq gətirib.

Sinan Ü. Mehdizadəni tanımadığını söyləyib, “Dur gitme” mahnısının “Yaxşı olar”ın plagiatı olmadığını deyib:

“Mahnını əvvəlcədən eşitməmişəm, həmin şəxsləri də tanımıram. Bəstəkarlar musiqini əvvəlcə bəstələyir, daha sonra kənara atırlar. Bu cür mahnılarım çoxdur. Vicdanım çox rahatdır. Yəqin ki, qalmaqal yaratmaq istəyirlər. Musiqini başqdan ayağa qulaq asmalısız. Hüquqi cəhətdən buna qiymət veriləcək. Məni təhqir ediblər, oğru olduğumu iddia edirlər”.

Xatırladaq ki, S. Özen “Bambaşka” albomunda özünü mahnının müəllifi kimi qeyd edib.

Erkan Çelik isə mahnını iki il əvvəl Üzeyirdən aldığını, Türkiyədə “Yaxşı olar”ın hüquqlarının ona aid olduğunu söyləyib

Qeyd edək ki, Erkan Çelik müğənni Seda Sayanın sevgilisidir.


sinan

Üzeyirin mahnısı üstündə dava böyüyür