[r32]
29.11.2016 / 15:03 xeber –
Qadının şəklini internetdə yaymaqla hədələməkdə təqsirləndirilən Elşən Kazımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının hökmünə əsasən, E. Kazımov 7 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, təqsirləndirilən E. Kazımov Fəridə adlı xanıma aid 9 ədəd çılpaq fotoşəkil əldə edib. O, bu fotoları sosial şəbəkələrdə yayacağını deyərək, zərərçəkmişdən 150 sonra isə 100 manat pul alıb. Qadının şikayətindən sonra həbs edilən E. Kazımov Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunub.
mənbə :
lent.az