İçeriğe geçmek için "Enter"a basın

Azərbaycanlı qız bu mahnıyıla sosial şəbəkələri "partladıb" - VİDEO

29-11-2016

[r32]

29.11.2016 / 16:55 xeber –

 

Müğənni Elvina "Sanki Buz" adlı ilk mahnısını təqdim edib. Lent.az-ın məlumatına görə, layihə janrına görə Azərbaycan musiqisində yeni formatdır. "Ağ ölümün qara qullarından olma" lozunqunu daşıyan videoçarx Elvinanın dinləyicilərə təqdim etdiyi ilk işidir.

 

Klip çıxdığı gündən etibarən Azərbaycan ərazisi üzrə YouTube-da trend olan videolar arasında Top 10-luqdan düşməyib. Musiqi kateqoriyası üzrə isə birinci yeri günlərlə qoruyub saxlayıb.

 

Layihənin müəllifi daha öncə bir çox hitlərə imza atmış MC Murad-dır. Mahnının musiqisi və sözləri məhz ona aiddir.

 

Klip isə Hüseyn Qəribov-un rejissorluğu ilə ərsəyə gətirilib.

 

Qeyd edək ki, mahnı bir neçə müxtəlif versiyalarda hazırlanıb: klip üçün olan, rəsmi, akustik və remix versiyalar.

 

Hələ ki dinləyicilərə təqdim olunanlar – klip üçün və rəsmi olan versiyalardır.

 

[LINK – Official Audio]

mənbə :
lent.az

Azerbaycanlı qız bu mahnıyıla sosial şebekeleri "partladıb" – VİDEO