İçeriğe geçmek için "Enter"a basın

Tramp əleyhdarları həbs edildi

30-11-2016

[r32]

30.11.2016 / 02:27 xeber –

ABŞ-da minimal əmək haqqının saatda 15 dollaradək artırılmasını tələb edən və yeni seçilmiş prezident Donald Trampın miqrasiya siyasətinə qarşı çıxış edən xeyli etirazçı həbs edilib.

 

APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, saxlanılanların dəqiq sayı məlum deyil.  

 

Məlumata görə, etirazçıların əksəriyyəti “McDonald's” korporasiyasının siyasətinə qarşı çıxış edib, lakin onların adıçəkilən  restoranlar şəbəkəsinin əməkdaşı olub-olmaması barədə məlumat yoxdur. Etirazçıları həmçinin Çikaqo və Boston hava limanlarının işçiləri dəstəkləyib. Qeyd edək ki, Tramp seçi kampaniyası zamanı minimal əmək haqqının artırılmasının əleyhinə olduğunu bildirib.

 

Etiraz aksiyası Nyu-Yorkun Uoll-strit küçəsində yerləşən parkın ərazisində keçirilib.  

mənbə :
lent.az

Tramp eleyhdarları hebs edildi