İçeriğe geçmek için "Enter"a basın

Azərbaycanlı mafiya lideri olan türkiyəli model – Fotolar+Video

30-11-2016

esra
Türkiyəli aktrisa-model Esra Sönmezer “Oldumu şimdi” filmində canlandırdığı obrazla gündəmə gəlib.

“Azadlıq.az” xəbər verir ki, efirlərdə sevimli və gülərüz rolları ilə tamaşaçı qarşısına çıxan aktrisa bu dəfə fərqli bir addım atıb.

O, Kenan Öztürkün rejissorluq etdiyi “Oldumu şimdi?” adlı ekran işində azərbaycanlı mafiya lideri rolunu oynayıb.

Esra layihədə təbii oynamaq üçün bir neçə saat ac qaldığını söyləyib:

Çəkilişlərə ac qarnına getmişəm, filmdə rol almamışam, təbii olaraq obrazımı canlandırmışam. Ac olanda insan əsəbi və aqressiv olur”.

Xatırladaq ki, 16 dekabr tarixində təqdim olunacaq filmdə Yavuz Seçkin, Serkan Şengül və başqa aktyorlar yer alıb. Azərbaycanlı rejissor Kənan M.M də kamera qarşısına keçib.

Qeyd edək ki, Esra Sönmezer “Miss Turkey- 2002”nin qalibidir.
mod
mode

Azərbaycanlı mafiya lideri olan türkiyəli model – Fotolar+Video